Koronavirus xəstələri barədə cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələri barədə cinayət işi başlanıldı

Maraqlı

31 Dekabr 2021 10:00 559


Dekabrın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb.

Tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Dördpendirli pizza

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!