“Koronavirus xəstələrinin 20 faizinin ağciyərlərində pnevmaniya yarana bilər” - Akif Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirus xəstələrinin 20 faizinin ağciyərlərində pnevmaniya yarana bilər” - Akif Qurbanov

Sağlamlıq

10 Yanvar 2021 00:38 1246


Koronavirusa təkrar yoluxma halları var, amma bu, o demək deyil ki, xəstəliyi keçirənlərin hamısında təkrar yoluxma olacaq.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bəzi şəxslərin xəstəliyi asimptomatik keçirməsi pandemiyanın yayılması baxımından çox pis haldır. Çünki şəxs virus daşıyıcısı olduğunu bilmir və buna görə də tam aktiv həyat tərzini davam etdirir, virus mənbəyi olaraq, insanları yoluxdurur. Dominos pizza

A.Qurbanov qeyd edib ki, xəstəliyi keçirənlərin 20 faizinin ağciyərlərində virus pnevmaniyası yarana bilər. Belə halların bir neçə faizi ölümlə nəticələnə bilər:

"Bu xəstəliyi ağır keçirən insanlarda sağaldıqdan bir müddət sonra xəstəliyin astenik, yəni qalıq simptomları - əzginlik, yorğunluq və s. müşahidə olunur. Buna görə də onlar elə hesab edirlər ki, hələ sağalmayıblar. Amma əslində isə test nəticəsi onların sağaldığını göstərir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!