Koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AQTA-dan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AQTA-dan AÇIQLAMA

Sağlamlıq

29 İyun 2020 19:20 1047


Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA)  tapşırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. 

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, həmin xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər hansı tapşırıq verilməyib:"Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında bioloji və tibbi tullantıların utilizasiyasını həyata keçirən, müasir standartlara cavab verən insinerator (yüksək temperaturda yandırılma üsulu ilə təhlükəli tullantıların zərərsizləşdirilməsi) avadanlığı fəaliyyət göstərir. Pandemiya şəraitini nəzərə alaraq həmin avadanlığın imkanları ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatlar verilib və yalnız bioloji və tibbi tullantıların məhv edilməsi üçün laboratoriyanın avadanlığı bu prosesə cəlb olunub. 

Hazırda avadanlıq vasitəsilə cənub bölgəsində pandemiya ilə əlaqədar mövcud olan bioloji və tibbi tullantıların utilizasiyası həyata keçirilir. Xəstəxananın digər əşyaları, müxtəlif növ tullantıları, o cümlədən məişət tullantıları, yemək  üçün nəzərdə tutulan qablarının daşınması və məhv edilməsi Qida Təhlükəsizliyi Agentliyinin yox, aidiyyatı qurumların birbaşa vəzifə səlahiyyətlərinə daxildir.  Əlaqədar qurumlara isə tövsiyə edirik ki, yanlış məlumatlar  yaymamaq üçün informasiya verərkən həmin məlumatın dəqiqliyini bir daha araşdırsınlar". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!