Koronavirus xəstəsi evdə hansı dərmanlarla sağalır?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi evdə hansı dərmanlarla sağalır?

Sosial

18 İyul 2020 08:45 946


TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva evdə istifadə olunan dərmanlarla bağlı koronaviruslu xəstələrə xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, AzTV-nin “Hədəf” verilişində danışan Y.Qarayeva sosial şəbəkələrdə adları çəkilən preparatlardan istifadənin yolverilməz olduğunu deyib:

“Koronavirusun müalicəsi üçün artıq ölkəyə bir miqdarda “Favipiravir” gətirilib. Yenə də gətirilməsi planlaşdırılır. Apteklərdən alınan dərmanlarda isə çox ehtiyatlı olmaq lazımdır. Xüsusən sosial şəbəkələrdə cürbəcür dərman preparatlarının adları çəkilir. Çox ehtiyatla yanaşmaq lazımdır. Dərman preparatının xeyri olduğu kimi, ziyanı da var. Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz. Dördpendirli pizza

Evdə vitamin preparatları istifadə oluna bilər. Pasiyentdə qızdırma olarsa, hərarəti salan dərman preparatları da evdə istifadə oluna bilər. Antiviral dərmanlardan daha çox evdə istifadə olunan bir-iki preparat var. Ancaq o biri preparatlar heç bir halda ev şəraitində istifadə olunmamalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!