Koronavirus xəstəsinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsinə cinayət işi açıldı

Maraqlı

14 Yanvar 2022 10:17 642


Yanvarın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.

Tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Dominos pizza

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!