Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi

Maraqlı

14 Oktyabr 2020 10:54 1637


Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Sun” xəbər yayıb.

Məlumata görə, hamiləliyinin ilk aylarında koronavirusa yoluxan britaniyalı qadının halı pisləşib. Lakin o, xəstəliyə qalib gələ bilib. pizza

32 yaşlı Daniel Martində nəfəs almaqda problem yarananda o, artıq hamiləliyinin doqquzuncu həftəsində idi. Vəziyyəti pisləşəndə həkimlər onu süni komaya salmaq qərarına gəlirlər.

Qadının əri etiraf edib ki, o, uşaqların yaşayacağına ümid etməyib.

Qadın 10 gün süni komada qaldıqdan sonra vəziyyəti sabitləşib və həkimlər pasiyenti adi palataya göndəriblər.

“Mən onunla telefonla danışırdım və dərhal uşağım barədə soruşdum. O, qəfildən uşaqlarımızın əkiz olacağını bildirdi”, - deyə qadının əri Daniel Brayan xatırlayır.

İndi ailədə beş uşaq var: üç oğlan və iki qız. Qadın artıq xəstəxanadan evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!