“Koronavirusa yoluxanlarda müəyyən fəsadlar qalır“   - Baş infeksionist

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusa yoluxanlarda müəyyən fəsadlar qalır“ - Baş infeksionist

Sağlamlıq

17 Mart 2021 16:59 1002


“Koronavirus keçirən bəzi insanlarda müəyyən fəsadlar qalır”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. 

O bildirib ki, COVID keçirən bəzi şəxslər iy və dadbilməni itirir: “Elə insanlar var ki, onlarda 1 ay sonra, bəzi insanlarda isə 3-6 ay ərzində iy və dadbilmə bərpa olur. Amma elə şəxslər olur ki, iy və dadbilmə bərpa olunmur. Bu, olduqca acınacaqlı haldır, psixoloji sarsıntıya gətirib çıxarır. İnsan iyləri bilmir, həyat keyfiyyəti azalır. Burada sinir aparatı zədələnir ki, çox az sayda insanda bərpası mümkün olmur və uzun müddət davam edir”. Pepperoni pizza

Həkim bildirib ki, xəstəliyi keçirən bəzi insanlarda uzun müddət halsızlıq, diqqətsizlik, yuxusuzluq, bədən ağrıları, 37.1 temperatur qala bilər: “Buna da zaman lazımdır. Sonra bu hallar keçib gedəcək”. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!