Koronavirusa yoluxanların ölüm səbəbi nə ilə bağlıdır? -   Həkim-infeksionist

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxanların ölüm səbəbi nə ilə bağlıdır? - Həkim-infeksionist

Sağlamlıq

30 Mart 2021 13:45 872


Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı indi də çoxdur.

Yenisabah.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Nursoy deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxanlar arasında ölüm hallarının baş vermə səbəbi əsasən, həkimə gec müraciətlə bağlıdır. Marqarita pizza

Həkim hesab edir ki, COVİD-19-dan ölüm səviyyəsi əvvəlki dövrlə müqayisədə təxminən eyni qalıb:

"Bu gün COVİD-19-dan sağalan xəstələrin sayı daha çoxdur, amma bu xəstəlikdən ölüm sayı demək olar ki, eyni qalıb. Ölüm səbəbləri bizim bu işi bilməməyimizlə əlaqədar deyil. Ölüm səbəbləri daha çox müraciətlərin gec edilməsi ilə bağlıdır. İnsanlar bir müddət virusa inanmırdılar, qaydalara əməl etməyərək çox rahat gəzirdilər. Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı çox idi. İndi də bu say çoxdur. Biz hələ də ağır xəstələr görməkdə davam edirik". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!