Təxminən iki həftədir ki, jurnalist bacı-qardaş - “Palitra” qəzetinin əməkdaşı, prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “Cumhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla, həmçinin onun həyat yoldaşı Gülşən Abdullayeva koronavirusla mübarizə aparır. Onlar ailəvi şəkildə iyun ayının 24-də müalicə üçün 1 saylı Klinik Mərkəzə yerləşdirilib. Mütəmadi əlaqələrimizə əsasən, vəziyyətlərinin yaxşıya doğru irəlilədiyini deyə bilərik. Maraqlıdır, yaxın zamanda jurnalistlərin təxliyyəsi mümkün olacaqmı?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Müşfiq Abdulla bildirib ki, artıq müalicə prosesində virus əleyhinə istifadə olunan bir sıra preparatların istifadəsi dayandırılıb:
“Həkimlər hesab edir ki, müalicə müsbət nəticəsini verdiyi üçün bu iynə və dərmanlara ehtiyac yoxdur. Onların dediyinə görə, sağalmağa tam yaxınıq. Müalicənin birinci mərhələsi artıq başa çatmaq üzrədir. Bildirim ki, virusla mübarizənin iki mərhələsi olur və hər mərhələ 14 gün çəkir. 14 gün tamamında həkimlər bizi yoxlayacaq. Vəziyyətin nə yerdə olduğunu daha dəqiq biləcəyik. İkinci mərhələ yəqin ki, evdə davam etdiriləcək, çünki burada xəstələr 14 günün tamamında evə buraxılır. Biz iyun ayının 24-dən buradayıq, yəni 14 günün tamamına az qalıb. Amma yenə də bütün qərarı həkimlər verəcək. Çox güman ki, buraxsalar, üçümüzü də buraxacaqlar. Birimizin gedib digərimizin qalma ehtimalı yoxdur”. pizza hut
Müşfiq Abdulla diqqətə çatdırıb ki, virus heç də düşünüldüyü kimi qarşısıalınmaz bir təhlükə deyil:
“Bu xəstəliyin ən təhlükəli əlaməti yüksək qızdırmanın olmasıdır. Bizdə isə qızdırma, öskürək, boğulma və s. yoxdur, normal vəziyyətdəyik. Vaxtinda operativ və düzgün müdaxilə olunduqda virusun qarşısı tamamilə alınır və insan sağalır. Bizim sağalmağımızın əsas səbəbi bu oldu. Həkimlər düzgün müalicə apardılar. Başqa yerdə necə həkimlərin olduğunu deyə bilmərəm, amma məni müalicə edən həkimlər olduqca operativ və peşəkar idilər. Elə insanlar var ki, həyatını itirir, bu, müalicənin gecikməsi ilə bağlıdır. Biz çox şükür ki, gecikmədik, zamanında müraciət etdik və həkimlər doğru müdaxilə etdilər. İstisna hallar var ki, o hallarda şəxslərdə müalicə biraz çətin gedir, xəstə gec sağala bilir. Bu, şəkərli diabet xəstələrində müşahidə olunur. Qeyd edim ki, sağalmağımızda mənə dəstək olanların da rolu az olmadı. İlk gündən mətbuatın, millət vəkillərinin dəstəyini üzərimizdə hiss etdim, hər birinə təşəkkür edirəm. Jurnalist həmkarlarım bu işdə ictimai kampaniya yaratdılar, onların hər biri çox dəyərlidir, onlar, həqiqətən də dar günün dostu olduqlarını göstərdilər. Məndə inam yaratdılar”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız