Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər

Sağlamlıq

15 Aprel 2021 09:54 783


Beynəlxalq tibb ekspertlərinin icmalı göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda insulta qədər beyin zədələnməsi yarana bilər. Bundan başqa, xəstəlikdən əsəb hüceyrələri və onurğa da ziyan çəkə bilər.

Yenisabah.az xəbər verir ki, alimlərin tədqiqatının nəticələrini “The Lancet” nəşri dərc edib. Tədqiqatda 38 uşaq iştirak edib, alimlər MRT-nin (Maqnit Rezonans Tomoqrafiya) köməyi ilə virusun mərkəzi sinir sisteminə mənfi təsirini müəyyən edə biliblər.

Xəstələrin bir çoxunda onurğa, sinir köklərinin anormal gərginliyi qeydə alınıb. Bu, yalnız MRT-də görünüb. Bəzi uşaqlarda nadir hallarda ifliclə nəticələnən onurğa beyni iltihabı əmələ gəlib. pizza

Tədqiq olunmuş 38 uşaqdan 4-ü bir müddət sonra koronavirusdan ölüb. Daha 4 uşaqda tromb - işemiya xəstəliyi, 1 uşaqda isə beyinə çoxsaylı qanaxma ilə nəticələnən insult inkişaf edib. (Report)

Qeyd edilir ki, koronavirusdan sonra gənc xəstələrdə qıcolmalar, şüurun depressiyası, serebrovaskülit (beyin damarlarının iltihabı), ensefalit inkişaf edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!