Koronavirusdan 11 nəfər vəfat etdi – İranda

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan 11 nəfər vəfat etdi – İranda

Dünya

03 Mart 2020 16:24 906


İranda koronavirusa yoluxan daha 11 nəfər dünyasını dəyişib. Yenisabah.az xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Rza Rəisi Tehranda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daha 835 nəfər isə koronavirusa yoluxub. Bununla da İranda koronavirusdan ölənlərin sayı 77, yoluxanların sayı isə 2 min 336 nəfərə çatıb. Nazir müavini onu da qeyd edib ki, bu günə qədər 8 min 532 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanalara müraciət edib. Onlardan 5 min 737 nəfərdən analiz götürülüb. Koronavirusa yoluxanlardan 435 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb. Rəisinin sözlərinə görə, daha çox yoluxma halları Tehran, Qum və Gilan əyalətində qeydə alınıb. İran mediasının yazdığına görə, ölənlər arasında İran məhkəmə sədrinin müşaviri Əhməd Tuyeserkani də var. İddia edilir ki, İran parlamentinin spikerinin köməkçisi Əbdülrza Misiri və 23 deputatda koronavirus aşkarlanıb. Buna görə parlamentin iclasları təxirə salınıb. Ölkədə koronavirusa qarşı tədbirlər çərçivəsində Hürmüzgan əyalətində yerləşən Kəşm Adasına əcnəbilərin girişi yasaqlanıb. Qaz şirkəti olan "Botan"da isə işçilər evə buraxılıb. Dini qurumlar və mədrəsələr də fəaliyyətini dayandırıb. Bundan əvvəl İran Prezidentinin köməkçisi Məsumə İbtikar, parlamentin dövlətlərarası təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Xünnur və Tehranın deputatı Mahmud Sadıqlıda koronavirus aşkarlandığı bildirilirdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!