Koronavirusdan ölüm ehtimalını dəfələrlə artıran amil

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan ölüm ehtimalını dəfələrlə artıran amil

Sağlamlıq

05 Fevral 2021 15:42 631


Diş əti xəstəliklərindən əziyyət çəkənlərin COVID-19-dan ölmək ehtimalı 9 dəfə çoxdur.

Yenisabah.az xəbər verir ki, “Journal of Clinical Periodontology”də dərc edilmiş tədqiqatda 2020-ci ilin fevral – iyul ayları ərzində koronavirus diaqnozu qoyulmuş 568 xəstənin müxtəlif göstəriciləri və diş kartaları təhlil edilib. Həmin şəxslərin 258-də (45 faizi) diş əti xəstəliklərinin olması üzə çıxıb.

Tədqiqat müəlliflərinə görə, orqanizmdə müəyyən iltihablar olduğunu əks etdirən damaq xəstəliklərindən əziyyət çəkənlərdə qan markeri sayı xeyli çoxdur. Belə ki, məhz iltihab hadisələri bu qrup xəstələrin koronavirusa qarşı çox həssas olmasını şərtləndirir. (Report) pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!