Koronavirusdan sağalan jurnalist bacı-qardaş   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalan jurnalist bacı-qardaş DANIŞDI

Sağlamlıq

08 İyul 2020 16:38 1095


Koronavirusdan müalicə alan jurnalist bacı-qardaş Nigar Abdullayeva və Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva xəstəxanada təxliyyə edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ilkin məlumatı jurnalist Alçina Amilqızı verib. Məsələ ilə bağlı saytımıza açıqlama verən Müşfiq Abdulla bildirib ki, götürülən analizlərin nəticələri mənfi çıxıb və məhz bu səbəblə onlar evə buraxılıb:

"Müalicənin birinci mərhələsi başa çatdı. Hazırda özümüzü çox sağlam hiss edirik. Həkimlər də tam sağaldığımızı bildirirlər. Rentgen müayinələrin cavabları müsbətdir. Bizdən götürülən yaxmalarda artıq virusun olmadığı müəyyənləşdi. Yəni hazırda səhhətinizdə ciddi bir problem yoxdur. Bundan sonra evdə 14 gün rehabilitasiya müddəti keçirəcəyik. Bu müddət, əsasən, vitaminlərlə immunitetin gücləndirilməsi və orqanizmin daha da sağlamlaşdırılması prosedurundan ibarətdir. Həkimlər 14 gün sonra yenidən müayinədən keçməyi məsləhət gördülər. Sağalmağımıza baxmayaraq, onlar özümüzü qorumalı olduğumuzu vurğuladılar. Çünki hazırda xəstəlik kütləvi hal alıb. Sosial izolyasiya qaydalarına əməl etməliyik, maska taxmalıyıq və s.". pizza mizza

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!