“Koronavirusdan sonra psixatrik xəstəliklər yaranır” – Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusdan sonra psixatrik xəstəliklər yaranır” – Həkim

Sağlamlıq

31 Yanvar 2021 12:42 801


Koronavirusdan sağalan bir çox şəxslərdə sonradan psixatrik xəstəliklər yaranmağa başlayır.

Bunu Axar.az-a açıqlamasında psixiatr Orxan Fərəcli deyib. O bildirib ki, xəstəlikdən sağalan şəxslərdə daha çox təşviş reaksiyaları qeydə alınır:

“COVİD-19 keçirib sağalan şəxslərdə təşviş, həyəcan reaksiyalarına çox rast gəlinir. Bəzi şəxslərdə isə panik atak yaranır. Bundan başqa, bəzi şəxslər var ki, onlarda əvvəllər panik atak, təşviş kimi problemlər olub, lakin sonradan yaxşılaşıb. Onların bir qrupunda koronadan sonra bu hallar təkrar büruzə verməyə başlayıb”. Marqarita pizza

O.Fərəcli qeyd edib ki, bu halların daha çox kişilər, yoxsa qadınlar arasında qeydə alınması barədə hələlik hansısa statistika yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!