Koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanıldı

Dünya

26 Fevral 2020 16:10 826


İranda sosial şəbəkələrdə koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanılıb, 118 nəfərə isə xəbərdarlıq olunub. "Yeni Sabah"ın məlumatına görə, bunu İranın kiber polisinin rəisi Vəhid Məcid deyib. V.Məcidin sözlərinə görə, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb. O, əlavə edib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar. Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin isə bu virus nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib. /Trend
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!