Koronavirusu ağır keçirənlər üçün təyin olunan dərmanın təsirsizliyi ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusu ağır keçirənlər üçün təyin olunan dərmanın təsirsizliyi ortaya çıxdı

Sağlamlıq

28 Aprel 2021 08:03 906


Amerikalı həkimlər, yüksək dozada “D” vitamininin orta və ağır COVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəliblər.

“Terrnews” portalının məlumatına görə, elmi işlərin nəticələri “Journal of the American Medical Association” jurnalında dərc olunub.

Təcrübədə 240 yoluxmuş şəxs iştirak edib. Onlar iki qrupa ayrılıblar. Birinci qrup  yüksək dozada “D” vitamini, ikincisi isə plasebo alıb. pizza

Araşdırmanın nəticələri göstərib ki, vitamini xəstəliyin gedişatına əhəmiyyətli təsir göstərməyib.

Ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir.

Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstəlikləri olan xəstələrin qanında azı 30 ng/ml “D” vitamini olmalıdır. Sağlam yetkinlər üçün məqbul miqdar 20 ng/ml-dir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!