Koronavirusun daha bir fəsadı - Mədəaltı vəzi sıradan çıxarır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha bir fəsadı - Mədəaltı vəzi sıradan çıxarır

Sağlamlıq

06 Fevral 2021 10:05 626


Almaniyalı və kanadalı bioloqlar yeni növ koronavirus infeksiyasının hissəciklərinin mədəaltı vəzin hüceyrələrinə daxil olaraq orqanın içərisində çoxaldığını aşkar ediblər.

Yenisabah.az xəbər verir, alimlərin məqaləsi “Nature Metabolism” jurnalında dərc edilib.

“Koronavirusa yoluxan şəxslərin sağlamlıq vəziyyətinə dair müşahidələr göstərib ki, infeksiya tez-tez insan bədənindəki qlükozanın dövriyyəsində narahatlıqlar yaradır, lakin bunun səbəbləri bizim üçün aydın deyildi. “SARS-CoV-2”nin insulin istehsal edən beta hüceyrələri də daxil olmaqla mədəaltı vəzin həm ekzokrin, həm də endokrin hüceyrələrinə nüfuz edə bildiyini və orada çoxaldığını aşkar etdik” - tədqiqatçılar yazıblar. Sezar pizza

Qeyd edək ki, “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheymer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!