Koronavirusun daha bir simptomu ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha bir simptomu ÜZƏ ÇIXDI

Sağlamlıq

10 Yanvar 2021 08:51 1578


Koronavirusun daha bir nadir rast gəlinən simptomu aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər. Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb.

Analoji hadisəyə ABŞ-da da rast gəlinib. 62 yaşlı pasiyent 4 gün davam edən hıçqırıqdan sonra xəstəxanaya müraciət edib və onun infeksiyaya yoluxduğu təsdqlənib. Amerikalı pasiyentin də qan hüceyrələrində azalma müşahidə olunub. Dördpendirli pizza

Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər. (publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!