Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarının gözlənilməz olduğundan virusa qarşı qorunma tədbirlərinin davam etdirilməsinə çağırır.
Trend-in məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuyanoviç deyib.
M.Vuyanoviç bildirib: "Yeni mutasiyalar bütün laboratoriyaların ciddi nəzarəti altındadır. Rusiyada da genetik tədqiqatlar aparılır. Hansı mutasiyaların olacağını və mutasiyalara nələrin səbəb olacağını heç kim qabaqcadan görə bilməz, bu səbəbdən qorunma tədbirlərin davam etdirilməsi çox vacibdir". pizza
ÜST-nin nümayəndəsi qeyd edib ki, tibbi maskalardan istifadə, şəxsi gigiyena və sosial məsafə pandemiya ilə mübarizədə zəruri tədbirlərdir: "Mümkün olan hər şeyi etmək çox vacibdir: həm peyvəndlər, həm fiziki məsafə, həm gigiyena, həm də maskalar, çünki virusun yayılmasını dayandırmalıyıq".
Telegram kanalımız