Koronavirusun mutasiyaya uğramış yeni növü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun mutasiyaya uğramış yeni növü tapıldı

Sağlamlıq

30 Mart 2021 23:39 1000


İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazirlik yeni növün nazirliyin tabeliyindəki virusologiya laboratoriyası olan Sheba Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.

Araşdırma ilə ötən ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhlil edildiyini bildirən nazirlik yeni mutasiyaya ilk olaraq keçən ilin iyulunda bir nümunədə rast gəlindiyini və ümumilikdə 181 nümunədə müşahidə edildiyini bəyan edib. Dominos pizza

Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.

Qeyd edək ki, İsraildə indiyədək 832 min 574  nəfər koronavirusa yoluxub, onlardan 6 min 197-si pandemiyanın qurbanı olub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!