Koronavirusun “Serber” ştammı: Peyvənd olunanlar da yoluxur

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun “Serber” ştammı: Peyvənd olunanlar da yoluxur

Sağlamlıq

06 Noyabr 2022 22:56 3500


Koronairusun yeni “Serber” ştammı sürətlə yayılmağa başlayıb.

O, “Omikron” variantının törəməsi hesab olunur.

Yeni ştammın sələfindən başlıca fərqi isə daha yoluxucu olmasıdır. Belə ki, “Serber” orqanizmin anticisimlərindən daha asan yan keçir. Müvafiq olaraq, bu, peyvənd olunan və ya artıq xəstələnərək təbii müdafiə əldə edənlərin də yenidən yoluxması deməkdir. pizza sifarişi

Hazırda virus əsasən Avropada yeni epidemiya halına gəlib. Eyni zamanda ağırlaşma halları üzrə geniş miqyaslı artım müşahidə olunmur.

“Serber”in simptomları ümumi soyuqdəyməyə bənzəyir: Öskürək, burun axması, qızdırma, intoksikasiya sindromu (ağır yorğunluq, tərləmə və çəki itkisi). Nadir hallarda isə qoxu və dad itkisi müşahidə edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!