Koronavirus bütün xroniki patologiyaları kəskinləşdirir və orqanizmdə ciddi pozuntulara gətirib çıxarır.
Yenisabah.az-ın məlumatına görə, bunu rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok deyib.
O bildirib ki, COVID-19 infeksiyası yoluxmaya qədər orqanizmdə gizli qalan problemləri üzə çıxarır, tamamilə sağlam insanlar isə bu xəstəliyi simptomsuz keçirir: "Koronavirusun unikallığı ondadır ki, bu virus orqanizmimizin çoxlu sayda hüceyrəsinə zərər vurur". Sezar pizza
Həkim bildirib ki, xəstəliyin daha bir təhlükəsi insult ehtimalıdır. Beyin damarlarının istənilən zədəsi COVID-ə yoluxma zamanı insulta gətirib çıxara bilər. (Trend)
Telegram kanalımız