Koronavirusun xərçənglə oxşarlığı sübut olundu    - Eyni dərmanlardan istifadə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun xərçənglə oxşarlığı sübut olundu  - Eyni dərmanlardan istifadə olunacaq

Sağlamlıq

29 İyun 2020 12:12 735


 

Kaliforniya San-Fransisko Universitetinin tədqiqatçıları koronavirusun hüceyrələrə necə təsir etdiyini göstərən yeni görüntüləri paylaşıb.

Yenisabah.az xəbər verir ki, Sars-Cov-2 ilə yoluxmuş hüceyrlələrdən çıxan və spagetti kimi uzanan hissəcikləri çox güclü elektron mikroskopun yardımı ilə görmək mümkün olub. Tədqiqat layihəsinə rəhbərlik edən professor Nevan Krogen əldə edilən görüntülərə əsasən, digər hüceyrələrə batıb, incə deşiklər açan qolların olduğunu və virusun bu deşiklər hesabına hüceyrədən hüceyrəyə keçdiyini vurğulayıb. Onun fikrincə, bu qollar virusun yayılmasını sürətləndirir.  pizza

Qeyd edək ki, tədqiqatçıların bu ixtirası xərçəngin müalicəsində istifadə olunan bəzi dərmanların COVID-19 müalicəsində də istifadə oluna biləcəyini gündəmə gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!