Koronavirusun yeni növlərinə qarşı peyvəndin effektivliyi narahatlıq doğurur

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun yeni növlərinə qarşı peyvəndin effektivliyi narahatlıq doğurur

Sağlamlıq

05 Fevral 2021 13:47 616


“Peyvəndlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi böyük narahatlıq doğurur”.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge “Frans-Presse” agentliyinə müsahibəsində deyib.

O, koronavirusun başqa, daha problemli mutasiyalarının yaranmasının mümkün olduğunu bildirib. pizza hut

H.Klügenin sözlərinə görə, Avropa birgə səylərlə vaksinasiya kampaniyasını sürətləndirməlidir.

“Prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən rəqabət aparan əczaçılıq şirkətləri birlikdə istehsal gücünü kəskin şəkildə artırmalıdırlar. İndi məhz buna ehtiyacımız var”, - H.Klüge vurğulayıb. (Report)

Xatırladaq ki, ÜST-nin Fövqəladə Vəziyyətlər Komitəsi yanvarın 14-də keçirilən iclasında ölkələri koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin mutasiya edən patogenlərinin genomik ardıcıllığı ilə əlaqədar elmi araşdırmaları genişləndirməyə, habelə mövcud məlumatları digər dövlətlərlə bölüşməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!