Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər

Sağlamlıq

10 Fevral 2021 11:50 614


Güman edirik ki, COVİD-19 virusunun yeni ştammı yalnız yoluxduruculuq qabiliyyətinin artmasına, ölüm sayının isə azalmasına səbəb olacaq.

Yenisabah.az xəbər verir ki, bunu həkim infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, əgər belə olarsa, virusla mübarizə aparmaq bir qədər asanlaşa bilər. pizza mizza

İnfeksionist qeyd edib ki, ölüm səviyyəsindən başqa, yoluxma sayının göstəricisi də xəstəliklə mübarizədə çox əhəmiyyətli məsələdir:

“Azərbaycanda indiyədək COVİD-19-a yoluxanlar arasında ölüm göstəricisi 2 faizi ötməyib. Amma yoluxma hallarının 50 faizinin ölümlə nəticələnə biləcəyi xəstəliklər var. Virusun yoluxdurma qabiliyyətinin sürətli olması bir problemdir. Amma onun öldürücülüyünün də eyni səviyyədə qalması daha ciddi bir problem yarada bilər”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!