Koronovirus – ajiotajı özündən böyük xəstəlik

saytların hazırlanması

Evə çatdırılma

Koronovirus – ajiotajı özündən böyük xəstəlik

Dünya

05 Mart 2020 11:06 809


Hazırda dünya gündəminin əsas xəbərinə çevrilən Koronovirus xəstəliyi sosial media və KİV vasitəsilə kütləvi ajiotaja səbəb olmaqdadır. "Yeni Sabah" xəbər verir ki, virusun yayıldığı gündən bu yana 93 min nəfər bu xəstəliyə yoluxub, onlardan 50 min 690 nəfəri, başqa sözlə 54,7 faizi artıq sağalıb. Bu günə qədər 3 mindən bri qədər çox insan ölüb. Bu da 3,4 faiz ölüm deməkdir, yəni qripdən orta ölüm faizi. Koronovirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm halları isə dünyada insan sayının artması, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır. Hazırda sosial şəbəkə və internet sayəsində xəbərlərin sürətlə yayılması, paralel olaraq kütləvi ajiotaj və panika yaradan şayiələrin də sürətlə yayılmasına və effektiv təsir qoymasına səbəb olur. Məsələnin daha bir tərəfi isə koronovirusun hətta adi qripdən az ölümə səbəb olmasıdır. Məsələn, Amerika Xəstəliklərin önlənməsi və nəzarət departamentinin rəqəmlərinə görə, qrip xəstəliyi səbəbi ilə 2019-cu il oktyabrın 1-dən 2020-ci il yanvarın 25-dək ABŞ-da 10-25 min nəfər arası insan ölüb. 180-310 min insan xəstəxanada müalicə alıb, ümumi yoluxma say isə 19-26 milyon arasında dəyişir. Bu və oxşar faktlar göstərir ki, koronavirus ajiotajı sünidir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!