Körpələri döyən bağça müəlliməsi bəraət aldı -   Şok qərar

saytların hazırlanması

Evə çatdırılma

Körpələri döyən bağça müəlliməsi bəraət aldı - Şok qərar

Kriminal

09 İyun 2019 07:52 1220


Bakıda səhlənkarlıqda təqsirləndirilən "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib.

“Yeni Sabah” teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm elan edilib.

Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. pizza

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Protest araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib. İlkin baxış iclası iyunun 10-na təyin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!