Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa rəsmi səfəri zamanı simvolik bir hədiyyə - Britaniya Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının zəngini təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, bu, əvvəllər eyniadlı sualtı qayığın ("HMS Trump") konninq qülləsində asılmış orijinal zəngdir.
Hədiyyə iki ölkənin tarixi irsi ilə müttəfiqlik münasibətləri arasındakı əlaqəni vurğulayır.
"Sizə cəsur adaşınızın konninq qülləsində asılmış orijinal zəngi şəxsi hədiyyə olaraq təqdim etməkdən məmnunam. Qoy bu, ölkələrimizin ortaq tarixinin və parlaq gələcəyinin sübutu olsun. Bizimlə əlaqə saxlamaq lazım gələrsə, bizə zəng edin!" - deyə monarx bildirib.
Telegram kanalımız