Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ötən gecə Londondakı Kral Edvard xəstəxanasına aparılıb. Britaniya mətbuatının yazdığına görə, kraliça son illər tibbi yardım üçün müraciət etməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vindzor qəsri (Kraliçanın iqamətgahı – red.) bildirib ki, kraliça ilkin müayinə üçün xəstəxanaya aparılıb, artıq oradan qayıdıb, vəziyyəti və əhvalı yaxşıdır. pizza
Qeyd edək ki, 95 yaşlı II Yelizaveta, xəstəxanaya yerləşdirildiyi üçün Şimali İrlandiyaya planlaşdırılan səfərini təxirə salıb.
Vindzor qəsrindən verilən xəbərə görə, həkimlər kraliçaya yaxın günlərdə istirahət etməyi tövsiyə ediblər.
Telegram kanalımız