Kredit götürmək istəyənlərin nəzərinə:   2023-cü ildən qayda dəyişir... - Video

saytların hazırlanması

Evə çatdırılma

Kredit götürmək istəyənlərin nəzərinə: 2023-cü ildən qayda dəyişir... - Video

İqtisadiyyat

28 Noyabr 2022 18:59 101920


Bundan sonra vətəndaşlara kredit verilərkən müxtəlif qurumların yazdığı cərimələr də nəzərə alınacaq.

Vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək.

Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də  digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər. Sezar pizza

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, yeniliyə səbəb vətəndaşları inzibati öhdəlikləri vaxtında yerinə yetirməyə təşviq etməkdir.

Həmçinin banklar bu yolla vətəndaşların davranışlarının qiymətləndirilməsi üçün dəqiqi məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb və  dəyişiklik yeni ildən tətbiq ediləcək.

/Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seymure
    Salam sizde kirdet verlirbiznes
    3 years ago
  • Seymure
    Evde biznes
    3 years ago