Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan etdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan etdi

Siyasət

20 Noyabr 2025 01:57 773


Moskva Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlar prosesini davam etdirməyə hazırdır.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiya tərəfinin danışıqların mümkünlüyü ilə bağlı açıq mövqe tutduğunu vurğulayıb: "Moskva danışıqları davam etdirməyə açıqdır", - Peskov bildirib. pizza mizza

Qərb mediası daha əvvəl ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün çərçivə sazişi hazırladığını yazmışdı. Mənbələrə görə, bu, Vaşinqtonun Kiyev və Avropaya təhlükəsizlik zəmanəti verməsi müqabilində Ukraynanın öz ərazilərindən imtina etməsi, xüsusən də Rusiyanın Krım və Donbas üzərindəki suverenliyini tanıması ilə nəticələnəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!