Kreml ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və ABŞ-ın seçilmiş prezidenti Cared Kuşnerin Rusiyaya səfərinin baş tutmasını gözləyir və Vaşinqtonla Ukrayna ilə bağlı dialoqun davam etdirilməsini vacib hesab edir.
"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Tarix razılaşdırılan kimi, ümid edirik ki, belə bir səfər baş tutacaq". pizza
Uitkoff və Kuşnerin Vaşinqtonun Ukrayna ilə bağlı sülh təşəbbüslərinə Moskvanın cavabını almaq üçün yaxın həftələrdə Rusiyaya səfər edəcəkləri şərh edib:
"Dialoqun davam etdirilməsini zəruri, aktual və vacib hesab edirik. Amerikalılar həm ukraynalılarla, həm də avropalılarla çoxlu söhbətlər aparıblar. Rusiya tərəfinin də davam edən müzakirələrlə bağlı fikirlərini bildirməsi vacibdir".
O təsdiqləyib: "Amerikalı danışıqçılarla mövcud ünsiyyət kanalları fəaliyyət göstərir və bu dialoq davam edir".
Telegram kanalımız