“Əvvəla, nüvə müharibəsi fikri ilk dəfə səslənmir. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin də bildirmişdi ki, Ukraynaya açıq şəkildə hərbi yardımlar edən ölkələr müharibədə tərəfi sayıla bilər və Rusiya həmin hədəfləri vurmaq legitimliyinə sahibdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin son açıqlamasına münasibət bildirib. pizza hut
Xatırladaq ki, D. Medvedev deyib: “Ukraynanı silahla təmin edilməsi NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır. Bu, nüvə müharibəsinə çevrilə bilər. O isə hamı üçün fəlakətli ssenaridir”.
Öz növbəsində, Ceyhun Əhmədli vurğulayıb ki, Vladimir Putinin verdiyi əmrlə nüvə arsenalı artıq hazırlıq rejiminə keçirilib:
“Ümumiyyətlə, indiki məqamda Dmitri Medvedevin belə bir bəyanatla çıxış etməsi gözlənilən idi. Çünki Ukraynaya aramsız şəkildə göndərilən silah-sursat müharibənin uzanmasına gətirib çıxarır. Rusiya isə müharibənin bu qədər uzanmasını istəmir.
Artıq Kremlin planından kənar hadisələr baş verməkdədir. Mariupol hələ də tam ələ keçirilə bilməyib, Xerson ətrafı bölgələrdə də nəzarətə götürülməyib. Həmçinin, strateji əhəmiyyət kəsb edən və Ukraynanın Qara dənizə əsas çıxış imkanlarından biri olan Odessa şəhərinin nəinki ələ keçirilməsi, heç o şəhərə yaxınlaşmaq belə Rusiya ordusuna müəssər olmayıb”.
C. Əhmədli əlavə edib:
“Xatırlatmaq istərdim ki, bir neçə gün öncə Böyük Britaniyanın Baş naziri Boris Conson Odessada səfərdə olub və bildirib ki, artıq Ukraynanın bu müharibədə qalib gələcəyinə əmindir. Həmçinin, artıq Qərbin yüksək vəzifəli şəxslərinin də Ukraynaya səfərləri instensivləşib. Müdafiə nazirləri, XİN rəhbərləri, hətta dövlət başçıları Kiyevə gəlir.
Bəli, NATO müharibənin iştirakçısı deyil, amma Ukraynanı tam həcmdə həm maliyyə, həm hərbi resurslarla dəstəkləməkdədir. Yadınıza salım ki, ABŞ tarixində ikinci dəfə “Lend-Liz” qanunu qəbul edib. Yəni hadisələr Rusiyanın istəmədiyi məcrada inkişaf və onu narahat edir. Yəni Rusiya müharibəni heç olmazsa minimal qələbə ilə bitirmək istəyir. Ukraynaya göndərilən yardımlar isə prosesi ləngidir.
Dmitri Medveyevin açıqlaması Qərbə açıq təhdiddir. O, NATO-nu prosesdən kənarlaşmağa çağırır. Lakin məncə, Rusiya nüvə silahından istifadə etməyəcək. Bu cür təhdidkar bəyanatlar Qərbi də çəkindirməyəcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız