Kremldən Trampın təhdidlərinə dair: Yalnız xaos yaradacaq

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Trampın təhdidlərinə dair: Yalnız xaos yaradacaq

Dünya

29 Yanvar 2026 14:35 310


İrana qarşı zorakı hərəkətlər bütün regionda xaosla təhdid edir. Hələ ki danışıqlar yolu ilə həll potensialı tükənməyib.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Donald Trampın İrana zərbə endirməklə bağlı son təhdidlərini şərh edib: "Bütün tərəfləri təmkinli olmağa və məsələnin həlli üçün hər hansı zorakı metodlardan imtina etməyə çağırırıq". Sezar pizza

"Aydındır ki, (İranla bağlı) danışıqlar potensialı hələ tükənməyib. Əlbəttə ki, bu baxımdan ilk növbədə danışıqlar mexanizmlərinə diqqət yetirməliyik", - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, "istənilən zorakı hərəkətlər regionda yalnız xaos yarada və təhlükəsizlik sisteminin qeyri-sabitliyi baxımından çox təhlükəli nəticələrə səbəb ola bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!