Kremlin səbri daşdı: Rusiya Ermənistandan görün nələr tələb edir...

saytların hazırlanması

Evə çatdırılma

Kremlin səbri daşdı: Rusiya Ermənistandan görün nələr tələb edir...

Siyasət

27 May 2024 09:38 20378


Ümumiyyətlə, Ermənistanın baş nazirinin soyadının necə olması Rusiyanı maraqlandırmır. Burada vacib olan bir neçə məqam ancaq budur: Ermənistan KTMT, MDB və Aİİ-nin üzvü olaraq qalır, Rusiyanın Ermənistandakı hərbi və sərhəd mövcudluğunu tam olaraq saxlayır. 

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. 

"Eyni zamanda, AB-nin müşahidə missiyasının Ermənistandan tamamilə çıxarılması, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayının iki dəfə azaldılması vacibdir. Həmçinin İrəvanın Fransa silahlarının alınması ilə bağlı bütün müqavilələri ləğv etməsi, eləcə də FTX-nin sərhəd xidmətinin nəzarətində olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, Ermənistanda rus dilinin tədris olunduğu məktəblərin aktiv inkişafı da bura aiddir.  pizza

Bütün bunlardan həm erməni xalqı, həm də Ermənistan iqtisadiyyatı faydalanacaq", - o bildirib./Axar.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!