KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov qurumun Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, rəsmi bu barədə KTMT-nin mənzil-qərargahında rəhbərlik heyətinin geniş məsləhətləşməsindən sonra bildirib.
“Qafqaz Kollektiv Təhlükəsizlik regionuna gəlincə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin olunması marağına görə Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə həmişə hazırdır”, – deyə Şuvalov qeyd edib. pizza
KTMT Katibliyinin nümayəndəsi əlavə edib ki, KTMT digər yardım vasitələri göstərməyə hazırdır.
Xatırladaq ki, 2022-ci il noyabrın 23-də KTMT sammitində Ermənistan Baş naziri Nikol Paşinyan “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni imzalamamışdı.
Telegram kanalımız