Azərbaycan kubokunun 1/8 final mərhələsində baş tutan və hazırda davam edən "Sabah" - "Ağsu" oyunu ilə bağlı şok məlumat yayılıb.
"Yeni Sabah"ın məlumatına görə, görüş danışılıb. Bu barədə iddianı Rusiyada fəaliyyət göstərən "Mostbet" bukmeker şirkətinin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb. Rəsmi "Facebook" səhifəsində paylaşılan xəbərdə matçın şübhəli olduğu yazılıb, qeydə alına biləcək istənilən nəticənin 1 əmsalla hesablanacağı bildirilib.
Aağıdakı məlumatda buna daha da aydınlıq gətirilib: "Nəzərinizə çatdıraq ki, "Sabah" - "Ağsu" qarşılaşması danışılmış oyunlar ilə mübarizə aparan beynəlxalq qurum tərəfindən araşdırılır. Bu oyuna olunan mərclərin hesablanması, beynəlxalq qurumdan aldığımız məlumatdan asılı olacaq". Dördpendirli pizza
Qarşılaşma Azərbaycanın qanuni idman mərc oyunları operatoru olan Topaz və eTopaz-ın proqramından da çıxarılıb. Şübhəli məqam budur ki, kubokun 1/8 final mərhələsinin digər iki görüşü - "Zirə" - "Qaradağ Lökbatan" və "Sumqayıt" - "Zaqatala" matçlarına mərc etmək mümkündür.
Bildirək ki, "1XBet", "BWIN", "288sb.com" kimi dünyaca məşhur bukmeker şirkətləri də bu oyunu mərc siyahısına əlavə etməyib.
Telegram kanalımız