Küçədə soyunan şəxslərin yeni görüntüləri yayılıb: onları döyüblər -   Video

saytların hazırlanması

Evə çatdırılma

Küçədə soyunan şəxslərin yeni görüntüləri yayılıb: onları döyüblər - Video

Kriminal

14 Noyabr 2019 08:02 7312


Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfərin törətdiyi insidentin yeni görüntüləri yayılıb.

“Yeni Sabah” xəbər verir ki, videodan görünür ki, həmin çılpaq şəxslər ətrafdakı insanlar tərəfindən döyülür.

Xatırladaq ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Sezar pizza

Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib.

Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!