Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

Sosial

12 Dekabr 2025 17:51 760


Dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Yeni Sabah" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!