Külli miqdarda narkotik satan kişi və qadın saxlanıldı   - Gəncədə

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda narkotik satan kişi və qadın saxlanıldı - Gəncədə

Kriminal

31 Mart 2020 16:47 680


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsi əməkdaşlarının Gəncədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirən 2 nəfər şəxs saxlanılıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin qaçaqmalıçılıq, narkotik vasitələrin satışı maddələri ilə həbs olunan İsmayılova İlhamə Mahir qızı və Allahverdiyev Arif Nağdalı oğlu barəsində Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə həbs qətimkan tədbiri seçilib. Belə ki, saxlanılan şəxslərlə bağlı əməliyyat tədbiri Gəncə şəhərində keçirilib. Cinayət işinin istintaqı isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən aparılır. 

Qeyd edək ki, Allahverdiyev Arif Nağdalı oğlu 2013-cü ildə də narkotik vasitələrin satışı maddəsi ilə həbs edilib. pizza hut

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!