Kürdə batan tələbənin meyiti tapıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Kürdə batan tələbənin meyiti tapıldı - Yenilənib

Hadisə

07 Avqust 2020 15:40 859


Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Yenisabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir. Pepperoni pizza

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!