Kürdə suyun səviyyəsi artıb

saytların hazırlanması

Evə çatdırılma

Kürdə suyun səviyyəsi artıb

Sosial

27 May 2019 15:59 1135


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağışın bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançayda isə qısamüddətli daşqın qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan az olmaqla onun 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və çox olmaqla 70-120 faizini təşkil edir.

Departamentdən “Yeni Sabah”a bildiriblər ki, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 435 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 63 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 128 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 64 faizinə bərabərdir. Sezar pizza

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 322 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 96 faizinə bərabərdir.

Mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 477 santimetr olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 259 santimetr təşkil edib. Salyanda suyun səviyyəsi 10 santimetr artıb və 235 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 221 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artaraq 240 santimetrə bərabər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!