Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub.
Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Bayramova ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər ona səhhətində hər şeyin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıb. Toyuqlu pizza
Bu gün səhər saatlarında qadının halı qəfildən pisləşib və yenidən xəstəxanaya gətirilib. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüb. Əməliyyatdan sonra R.Bayramovanın yaxınlarına körpənin tələf olduğu bildirilib.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, bu, ananın 5-ci hamiləliyi olub.
Telegram kanalımız