“Kürsü dərdi ağırdır...” – Faiq Ağayevdən deputatlara   sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Kürsü dərdi ağırdır...” – Faiq Ağayevdən deputatlara sərt tənqid

Şou

01 Dekabr 2019 12:10 1389


Şou-biznes əhlinin Milli Məclisə olan marağı və bu barədə paylaşımları durmadan artır. 

“Yeni Sabah” xəbər verir ki, bu səpkidə olan paylaşımlara Xalq artisti Faiq Ağayev də qoşulub. O, digər həmkarlarından fərqli deputat olmaq iddiası ilə çıxış etməsə də, hazırkı millət vəkillərini tənqid edib: “Qorxuram ki, 2 dekabrda Milli Məclisdə parlamentin buraxılması haqda məsələyə deputatlar 1991-ci ildə  Müstəqilliyimizə səs verdikləri kimi yanaşsınlar. Kürsü dərdi ağırdır, vallah...”

Xatırladaq ki, Faiq Ağayevin eyham vurduğu məsələ, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul etməsi və Müstəqillik Aktının qəbuluna səs verən deputatlarla yanaşı səs verməyən deputatlar olması ilə bağlıdır.  pizza sifarişi

Qeyd edək ki, Aktın əleyhinə çıxan deputatların sayı heç də az olmayıb. Azərbaycanın müstəqillik əldə etməsi məsələsinə qarşı çıxan millət vəkilləri müxtəlif arqumentlər gətirərək bu Aktın qəbul olunmasının əleyhinə çıxıblar. Bunun üçün parlamentdə çoxsaylı müzakirələr, mübahisə və təzyiqlərin də olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!