Küveyt İrana uçuşları dayandırıb.
"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, Küveyt Hava Qurumu İrana səfər edən şəxslərin bütün səfərlərinin dayandırıldığını açıqlayıb.
Səudiyyə Ərəbistanı isə bu ölkəyə səfər edəcək vətəndaşlarına bəzi məhdudiyyətlər qoyub. İrandan gələn xarici vətəndaşların isə Səudiyyə Ərəbistanına girişi qadağa edilib.
Hər iki ölkə bu qadağalara səbəb kimi İranda koronavirusun sürətlə yayılmağa başlaması ilə əlaqələndirib.
Qeyd edək ki, İranda virusa 18 nəfər yoluxub, onlardan 5-i vəfat edib. Telegram kanalımız