Laçın dəhlizində sərhəd-keçid məntəqələri quraşdırıla bilər - Xaçikyan

saytların hazırlanması

Evə çatdırılma

Laçın dəhlizində sərhəd-keçid məntəqələri quraşdırıla bilər - Xaçikyan

Rəsmi

24 Fevral 2023 14:03 1196


"Laçın dəhlizində sərhəd-keçid və gömrük məntəqələrinin quraşdırılması ilə bağlı yeni razılaşma imzalanması mümkündür". 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistandan ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan jurnalistlərə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi ilə belə bir uzlaşma reallığa çevrilə bilər. Xaçikyan Qərbə yönəldiyinə görə Paşinyan hakimiyyətinin siyasi kursunu tənqid edib.  pizza hut

"Rusiya variantından uzaqlaşaraq, Qərb variantına yaxınlaşan hakimiyyət üçtərəfli razılaşmadan müəyyən qədər kənara çıxır və onun gücü zəifləyir", - ekspert əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!