“Laçın dəhlizinin götürülməsi ilə əməliyyatlar sürətlənəcək”   - Türk general

saytların hazırlanması

Evə çatdırılma

“Laçın dəhlizinin götürülməsi ilə əməliyyatlar sürətlənəcək” - Türk general

Maraqlı

03 Noyabr 2020 14:56 28973


Türkiyəli general Özgür Torun “Sherg.az”a müsahibə verib.

Yenisabah.az həmin müsahibəni təqdim edir:

- Sizcə, Dağlıq Qarabağda döyüşlərin məhz indi başlanmasına təkan verən məqamlar nələr idi? Toyuqlu pizza

- Öncə onu deyim ki, bu, bir müharibə deyil.  Ata-baba torpaqlarını düşməndən “təmizləmə” əməliyyatıdır. Ermənistanın bir neçə ay əvvəlki Tovuz təxribatı bardağı daşıran son damla idi. Bundan sonra Azərbaycan nizami ordusu məqsədyönlü şəkildə əks-həmlələrə başladı. Amma, məncə, Ermənistan “qaşınmaq” üçün yanlış vaxtı seçdi.

- İşğalçı ölkə nəyi nəzərə almadı? 

- İlk növbədə Azərbaycan ordusunun günü-gündən gücləndiyini nəzərə almalı idilər. Başqa bir tərəfdən, adını “vasitəçi” qoyan həmsədrlərdən biri- Fransanın məsələyə təsir gücü indi kifayət qədər deyil. Prezident seçkilərinə görə ABŞ-ın başı özünə qarışıb. Rusiyanın isə Ermənistanın hazırkı hakimiyyətindən o qədər də xoşu gəlmir.

- Bir general olaraq davam edən hərbi əməliyyatlarla bağlı fikirləriniz necədir?

- Müharibədə ruh yüksəkliyi, motivasiya strategiyadan da, texnikanın gücündən də daha vacibdir. Bu mənada Azərbaycan ordusu şəxsi heyəti haqqında ən yüksək fikirdəyəm. Ard-arda qələbələri təmin edən də məhz bu amil-yüksək hərbi-vətənpərvərlik ruhudur.

- Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulinin hərbçilərimizin nəzarəti altına keçməsi ilə İranla əlaqə kəsildi. Bunun əhəmiyyətini bir də sizdən eşidək.

- Əlbəttə, bu, çox əhəmiyyətli hadisədir. Sərhəddə nəzarət həm də o tay-bu taylı azərbaycanlıların birləşməsi baxımından vacibdir. Eyni prosesin Azərbaycanla Naxçıvan arasında da olmasını arzulayırıq.

- Sizcə, savaş daha nə qədər çəkəcək?

- Bunu təxmin etmək çətindir. Amma Laçın dəhlizinin nəzarətə götürülməsi ilə əməliyyatlar sürətlənəcək.

- Ermənistan xaincəsinə mülki insanlarımızı hədəfə alır…

- Bu, xalqın yox, Ermənistan hakimiyyətinin qəbahətidir. Dünya ekspertləri də işğalçı ölkənin hərbi-siyasi hakimiyyətinin məntiqsiz davrandığını deyirlər. Mülkiləri vurmaq nə beynəlxalq hüquqa, nə də insanlığa adekvatdır. 

- Bir mütəxəssis olaraq zabit və əsgərlərimizə tövsiyələriniz nələrdir?

- Zabit və əsgərləriniz peşəkarcasına, qəhrəmancasına vuruşurlar. Hadisələri yaxından izləməyə çalışıram. Sizə qələbə arzulayıram.

- Qardaş Türkiyə ilk gündən yanımızda oldu, bunun üçün sizə təşəkkür edirik.

- Tarix təkrarlanır.  Yüz il əvvəl biz qurtuluş savaşı verəndə siz yanımızda idiniz. İndi-yüz il sonra biz Azərbaycanın yanındadıyıq. Bütün dəstəyimiz və dualarımız sizinlədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!