Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da davam edir

saytların hazırlanması

Evə çatdırılma

Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da davam edir

Rəsmi

15 Fevral 2023 00:56 847


Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 65-ci günündə gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, hava şaxtalı olsa da, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən yüksək vətənpərvərlik əzmi nümayiş etdirir, ənənəvi şüarlarını səsləndirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 72 avtomobil maneəsiz hərəkət edib. Dördpendirli pizza

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!