Ermənistanın hakim “Mülki müqavilə” fraksiyası ölkə parlamentinin xarici əlaqələr komissiyasının iclasında müxalifətin Azərbaycanın Laçın dəhlizini “blokadaya alması”nın pislənilməsi ilə bağlı təklif etdiyi bəyanat layihəsini qəbul etməyib.
Bakupost.az "Sputnik Armeniya"ya istinadla qeyd edir ki, layihəni müxalifətin "Hayastan" fraksiyasından olan deputat Andranik Tevanyan təqdim edib.
Müzakirələrdən sonra Tevanyan iqtidar fraksiyasını “anti-Qarabağ kursu” yürütməkdə ittiham edərək, layihəni yenidən işləmək üçün geri götürdüyünü açıqlayıb. Toyuqlu pizza
Komissiya sədri Eduard Ağacanyan bəyanatının qəbulunun bu məsələdə həlledici rol oynayacağına inanan opponentlərin mövqeyini sadəlövh adlandırıb. O, parlamentin dekabrın 14-də qəbul etdiyi bəyanatın da heç bir problemi həll etmədiyini xatırladı
Telegram kanalımız