Bu gün "Barselona" klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edəcək.
Yenisabah.az "Mundo Deportivo" xəbər verir ki, səfərdə məqsəd Azərbaycanda "Barselona" klubu tərəfindən Futbol Akademiyasının yaradılması planını müzakirə etməkdir.
“Barselona” yerli investorları layihəyə cəlb etmək, onlarla biznesi davam etdirmək, bununla da klubun ağır maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Laporta artıq 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Azərbaycana səfər edib. pizza sifarişi
2023-cü ildə "Barselona" Qırğızıstanda klub futbol akademiyasını açıb.
Telegram kanalımız